Deputat Jalə Əhmədova seçicilərin problemlərini dinləyib

Millət vəkili Jalə Əhmədova Salyanda növbəti seçici qəbulu keçirib.

"OLAYLAR" xəbər verir ki, qəbulda seçicilər işsizlik, məşğulluq, torpaq məsələləri, ən əsası isə sosial problemlərdən əziyyət çəkdiklərini qeyd edib,  millət vəkilindən həmin məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Fiziki qüsurlu vətəndaşlar isə əlilliyin müəyyən edilməsi üçün müayinədən keçdiklərini, lakin hələ də pensiyalarının bərpa edilmədiyini deputatın diqqətinə çatdırıblar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31