Bakıda səfərdə olan prezidentin nümayəndə heyətində koronavirus aşkarlandı
17 İyun 2022 14:42 SosialAzərbaycanda səfərdə olan Venesuela Prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərində koronavirus (COVID-19) aşkarlanıb.
Olaylar.az xəbər verir ki, rəsmi şəxslərin bir neçəsinin koronavirus testinin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31