Formula 1 Azərbaycan Qran Prisi başlayıb
10 İyun 2022 10:13 Sosial2022-ci il Formula 1 Azərbaycan Qran Prisi bu gün start götürüb.
Olaylar.az bildirir ki, Formula 1 bolidləri bu gün Bakı trekində 2 məşq sessiyası keçirəcək. Sabah isə F1 pilotlarının kvalifikasiya sessiyası keçiriləcək.
Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir.
Yarışlarda 10 komanda iştirak edir.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.
Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31