Şəkinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
17 May 2022 09:56 Sosial"Qaz İxrac" İdarəsinə məxsus "Cəfərabad" QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 17.05.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək "Cəfərabad" QPS-dən qidalanan "Şəki-Cəfərabad" qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
"OLAYLAR" ]xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31