Ağacların kəsilməsi faktı araşdırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib. "Olaylar"ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31