Pərviz Şahbazov vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov aprelin 15-də Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

"OLAYLAR"-a nazirlikdən bildirilib ki, qəbul saat 11:00-dan etibarən Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı [email protected] vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi və Nazirliyin "facebook" səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31