400 işsiz üçün kiçik bines yaradılıb
22 Fevral 2022 12:38 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb. Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir. Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1 200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31