Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO
11 Fevral 2022 10:04 SosialBakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.
Xatırladaq ki, hadisə fevralın 5-də "İnşaatçılar" metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31