2000-dən çox şəxsin əmək pensiyası əskik hesablanıb

"Son bir-iki il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib. O bildirib ki, nəticədə həmin şəxslərin əmək pensiyaları təkrar olaraq yenidən hesablanıb: "Orta hesabla pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb. Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Hesablanan vəsait də ödənilməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31