Dövlət əmlakının icarəsindən 14,4 milyon manat vəsait əldə olunub
23 Dekabr 2021 14:09 SosialDaşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə ümumilikdə 14,4 milyon manatdan artıq məbləğində vəsaitin ödənilməsi təmin olunub və bununla 11 aylıq proqnoz 142% yerinə yetirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, müasir çağırışlara əsasən, dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31