E-sosial.az portalından bu il 7,4 milyon dəfə istifadə edilib
26 Oktyabr 2021 11:18 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2021-ci ilin 9 ayında da artmaqda davam edərək oktyabrın 1-nə 984 minə çatıb. "Olaylar" nazirliyə istinadən xəbər verir ki, 2018-ci ilin son aylarında istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və hüquqların yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın "Android" və "İOS" əməliyyat sistemlərindəki versiyaları da fəaliyyət göstərir. Ölkənin sosial reyestri olan e-sosial.az portalından bu ilin yanvar-sentyabr aylarında 7,4 milyon dəfə istifadə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31