Koronavirusun yeni ştammı aşkarlanıb

İsraildə xarici ölkədən qayıdan uşaqda koronavirusun "AY.4.2" adlı yeni ştammı aşkarlanıb.

Olaylar.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

"Daha əvvəl bir neçə Avropa ölkəsində aşkarlanan "AY.4.2" ştammı bu gün İsraildə xaricdən qayıtmış və artıq Ben Gurion hava limanında testdən keçmiş 11 yaşlı uşaqda qeydə alınıb".

Qeyd edilir ki, uşaq ölkəyə qayıtdıqdan sonra təcrid edilib və heç kimlə əlaqədə olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31