Uşaqlar arasında yoluxma artır

"Ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var". "Olaylar"ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O, hər yaş qrupunda, o cümlədən kiçik yaş qrupunda koronavirusa yoluxanlar və xəstəliyi ağır keçirənlərin olduğunu bildirib.

E.Rəhimov həmçinin son vaxtlar Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma hallarının artdığını qeyd edib: "Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, kollektivlərdə uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31