Azərbaycanda 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
27 Sentyabr 2021 16:45 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
Olaylar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib, aktiv xəstə sayı 21 957 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, ötən müddət ərzində isə ümumilikdə 4 830 338 test aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31