"Atan, anan ölsə yetim qalsan, necə yaşayarsan ?"- LİSEYDƏN UŞAQLARA QARŞI BİABIRÇI HƏRƏKƏT
20 Sentyabr 2021 21:51 SosialOlaylar.az xəbər verir ki, Azərbaycanda bir çox özəl və ya yerli təhsil müssisələrində qəbul mərhələsi düzgün şəkildə həyata keçirilmir.
Aygün Həsənoğlu Gülnar Baxşıyevanın bu haqda fikirlərini paylaşıb. Gülnar Baxşıyeva bu məsələləri tənqid atəşinə tutub. Gülnar Baxşıyeva iddia edir ki, Avropa liseyində qəbul mərhələsində 5 yaşlı uşaqlara "Anan, atan ölsə yetim qalsan, necə yaşayarsan?", "Atanın iki ayağı olmasa 4 əli olsa, necə istifadə etməlidir?", "Başının arxasında 2 gözün olsa, necə istifadə edərsən?" kimi absurd suallar verilir. Suallar qarşısında azyaşlılar "mat" vəziyyətdə qalır. Nəticə olaraq, liseyə qəbul edilmir.
Gülnar Baxşıyeva əlavə edib ki, "kiminsə övladı tapşırılıb deyə, bu cür axmaq suallar hazırlanır"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31