Bu şəxslər koronavirusa təkrar yoluxduqda ağır keçirir - Baş infeksionist

Adətən koronavirusa təkrar yoluxma hallarına çox az rast gəlinir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir, lakin xəstəliyi ağır keçirənlər də var. Bu çox güman ki, həmin şəxsdə immun sisteminin zəif olması və ya yanaşı xroniki xəstəliklərlə əlaqədardır.

OLAYLAR.AZ xəbər verir ki, bunu  Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, mutasiya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasya olmuş ştamlarla da təkrar yoluxma hallarına aid etmək olar:

"Təbii ki, mutasya olunmuş ştama qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31