Xəstə uşaqları məktəbə buraxmaq olmaz - Baş infeksionist

Məktəblərdə koronavirusun yayılmaması üçün valideyn də bu prosesdə aktiv iştirak etməlidir.

Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirb ki, uşaqda baş ağrısı, hərarət varsa, onu vaxtında aşkar etmək lazımdır:

"Xəstə uşaqları məktəbə buraxmaq olmaz. Belə hallar dərs vaxtı aşkarlanarsa, məktəb personalı üçün tədbirlər nəzərdə tutulub. "Delta" ştammı ailədaxili yoluxmaların artmasına gətirib çıxarır. Əvvəl ailənin bir-iki üzvü yoluxurdusa, indi yoluxma hallarının artdığını görürük. Uşaqların daim temperaturunu ölçmək, onlarla söhbət aparmaq, sağlam olduğuna əmin olduqdan sonra məktəbə göndərmək lazımdır". (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31