3 qulaqlı və 5 gözlü canlılar doğula bilər- vaksinə görə... RİFAH PARTİYASI SƏDRİ

Rifah Partiyasının sədri Fatih Erbakan, koronavirus peyvəndləri ilə əlaqədar gündəm yaradacaq fikirlər bildirib. 

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, peyvənd edilmədiyini və vaksinlənməyi planlaşdırmadığını bildirən Erbakan, "O adamların yarı insan, yarı meymun uşaq dünyaya gətirməsinə, üç qulağı və beş gözü olan canlıların doğulmasına səbəb ola bilər" deyib.

Erbakan, "Mən peyvənd edilməmişəm. Olmaq fikrim yoxdur.Pandemiyanın başlanğıcında bir açıqlama verdik. O vaxt bu virusun Sionizmin məqsədlərinə xidmət edəcəyini söylədik. Hazırda da eyni narahatçılığımızı davam etdiririk" söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31