Latın Amerikasında COVİD-19 virusuna yoluxanların statistikası açıqlanıb

Son sutka ərzində Braziliyada 293, Meksikada 224, Kolumbiyada 55, Argentinada 46, Çilidə 31 və Qvatemalada  45 nəfər ölüb.

Olaylar.az  xarici KİV-ə istinadən xəbər verir ki, Latın Amerikası ölkələrində koronavirusa yoluxma  halları və virusdan ölənlərin  sayı  artmaqda davam edir.

Braziliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində 293 nəfər koronavirusdan  ölüb. Bununla da, ümumi ölənlərin  sayı 586 851 nəfərə, yoluxanların sayı isə , 10 615 nəfərin   testlərinin müsbət çıxmasıyla  20 999 779 nəfərə çatıb.

ABŞ-dan sonra dünyada ən çox "COVİD"-19-a bağlı ölüm sayının çoxluğu ilə seçilən  Braziliyada, sağalanların sayı 20.50.471 nəfər olub.

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində "COVİD"-19 infeksiyası səbəbiylə 224 nəfər ölüb, 5139 yeni yoluxma halları müəyyən edilib.

Epidemiya zamanı ölənlərin ümumi sayı 267 748 nəfər, yoluxanların sayı 3 511 882 nəfər, sağalanların sayı isə 2 853 567 nəfər təşkil edib.

Kolumbiya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində "COVİD-19" infeksiyasına yoluxma  zamanı 55 nəfər ölüb. Bununla da ölənlərin sayı 125 647 nəfərə çatıb.
Son sutka  ərzində 1 671 nəfərin testi pozitv çıxıb. Beləliklə, "COVİD"-19 hallarına yoluxanların  ümumi sayı 4 930 249-a, sağalanların sayı isə 4 767 574-ə çatıb.

Argentina Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka  ərzində 46 nəfər koronavirusa yoluxaraq  ölüb. Daha  930 nəfərdə  "COVİD"-19 virusunun aşkar edilməsi ilə  bağlı ölüm hallarının ümumi sayı 113 402 nəfərə, ümumi yoluxanların sayı isə 5 224 534 nəfərə çatıb.

Çilinin Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində koronovirusdan ölənlərin sayı 31-ə çatıb.  Ümumilikdə Covid-19-dan  ölənlərin sayı 37 232 nəfərə çatıb.

Qvatemala mətbuatında  yayılan məlumatlara görə, son sutka  ərzində 45 nəfər ölüb. Bununla da  "COVİD"-19  ölüm hallarının sayı 12 710 nəfərə,  yoluxanların sayı 1070 artımla  510 724 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31