TƏBİB-dən koronavirus testlərinin fərqli nəticələr göstərməsinə AÇIQLAMA

"Koronavirus testinin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür".

Olaylar.az xəbər verir ki, bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.

O bildirib ki, bunun əsas səbəblərdən biri xəstəliyin bəzi mərhələlərində prosesin artıq yuxarı tənəffüs yollarından silinib aşağı tənəffüs yollarına keçməsi ilə bağlı ola bilər:

"Digər səbəb materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir. Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür".  (sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31