Deputat Məişət Tullantıları poliqonundakı vəziyyəti araşdırıb
10 Sentyabr 2021 11:47 SosialAzərbaycan Respublikası Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt şəhərində yerləşən Məişət Tullantıları poliqonunda olub. "Olaylar"ın məlumatına görə, millət vəkili qeyd edib ki, şəhər sakinlərini narahat edən ekoloji problemi yerində araşdırılıb. Poliqonun icarədarı Səməd Qəhrəmanov deputata son günlərdə aparılan işlər barədə məlumat verib. Ərazidə torpaqlama işləri aparılıb, baş verən yanğınların qarşısı alınıb: "Məlumat üçün bildirək ki, yaranmış ekoloji problem diqqətimizdədir. Problemin aradan qaldırılması üçün Sumqayıtı təmsil edən deputatlar, şəhər icra hakimiyyəti və ekologiya nazirliyi ilə intensiv şəkildə müzakirələr aparılır. Yaxın müddətdə ilkin nəticələr haqda ictimaiyyətə məlumat veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31