Sosial şəbəkələrdən müntəzəm istifadə intiharların səbəbi ola bilər
7 Sentyabr 2021 11:29 Sosial"Bu gün sosial şəbəkələrdən müntəzəm surətdə istifadə insanların ruhən yorğunluqlarının, intiharların başlıca səbəbi ola bilər". "OLAYLAR" xəbər verir ki, belə bir iddia ilə ilahiyyatçı Hacı Samir Əzizov çıxış edib. O bildirib ki, əksər insanların istifadə etdiyi tik-tok sosial şəbəkəsi buna örnək göstərilə bilər: "Əksəriyyəti 1 dəqiqəlik olan videolar insanları fərqli emosional hallara salır. Adam yarım saat ərzində, 30 videoya baxmaqla gah hirslənir, gah sevinir, gah da ağlayır, gülür və s. Bu da ruhumuzu yorur, yükləyir. Mənəvi boşluq yaşayan bir insan üçün bu gərginlik yarada bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31