Regionların sosial-iqtisadi inkişafı yeni mərhələdə -Qarabağın inkişaf planı
Artıq 20 ilə yaxındır ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilməkdədir. 2004-cü ildən icrasına start verilən bu proqramlar Azərbaycanı büsbütün, başdan-ayağa dəyişib desək yanılmarıq. Respublikanın bütün şəhər və rayonlarında genişmiqyaslı qurucluq-abadlıq işləri həyata keçirilib, yol infrastrukturu yenidən qurulub, kommunal xidmətlər yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət sahələrində əsaslı addımlar atılıb, işlər görülüb. Sevindirici haldır ki, bu istiqamətdə fəaliyyət davam edir.
19 Avqust 2021 15:22 SosialRegionların sosial-iqtisadi inkişafı yeni mərhələdə-Qarabağın inkişaf planı
Artıq 20 ilə yaxındır ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilməkdədir. 2004-cü ildən icrasına start verilən bu proqramlar Azərbaycanı büsbütün, başdan-ayağa dəyişib desək yanılmarıq. Respublikanın bütün şəhər və rayonlarında genişmiqyaslı qurucluq-abadlıq işləri həyata keçirilib, yol infrastrukturu yenidən qurulub, kommunal xidmətlər yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət sahələrində əsaslı addımlar atılıb, işlər görülüb. Sevindirici haldır ki, bu istiqamətdə fəaliyyət davam edir.
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri, 30 ilə yaxın erməni işğalında olan şəhər və rayonlarımızın azadlığa qovuşması və düşməndən təmizlənməsi istər-istəməz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının əhatə dairəsini genişləndirib.
Dövlət Proqramlarının əhatə dairəsi genişlənir
Qeyd etmək yerinə düşər ki, hazırda uğurla davam edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər) daha genişmiqyaslı və əhatəli hesab edilə bilər. Nəzərə alsaq ki, sözügedən sonuncu Dövlət Proqramının qəbul edilməsindən sonra Azərbaycan uğurlu hərbi əməliyyat keçirib 44 günlük Vətən müharibəsi nəticəsində uzun illər erməni işğalı altında olan ərazilərini düşməndən azad edib, bu mənada hazırda icrası davam edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər sırasında işğaldan azad edilən şəhər və rayonlarımızda qurucluq-abadlıq işlərinin aparılması da yer alacaq. Bu baxımdan sözügedən Dövlət Proqramının icrasına daha ciddi diqqət yetirmək şərtdir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, erməni vandalları uzun illər işğal altında saxladıqları şəhər və rayonlarımızda planlı şəkildə dağıntılar törədib, yurd-yuvalarımızı sözün həqiqi mənasında xarabalığa çeviriblər. Bu baxımdan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər) çərçivəsində işğaldan azad edilmiş şəhər və rayonlarımızda daha çox işlərin görülməsinə ehtiyac var. Düzdür, artıq bəzi ərazilərimizdə yol infrastrukturunun qurulması istiqamətində real işlərin görülməsinə start verilib. Bu mənada Şuşaya avtomobil yolunun inşası, eləcə də "Azərsu" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən Şuşa şəhərinə alternativ mənbələrdən içməli su xəttinin çəkilişini qeyd etmək yerinə düşər. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Səhmdar Cıəmiyyət tərəfindən Kiçik Kirs mənbəyindən istifadı etməklə Şuşaya içməli su verilmişdi. Bu dəfə isə Zarıslı mənbəyindən suyun verilməsilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.
Turizmin inkişafı üçün böyük imkanlar
Nəzərə alsaq ki, işğaldan azad edilmiş şəhər və rayonlarımızın böyük əksəriyyətinin turizm potensialı, imkanları çoxdur, o zaman həmin şəhər və rayonlarda turizmin inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi həyata keçiriləcək tədbirlər sırasında ilk yerlərdən birini tutmalıdır. Bu çərçivədə həmin şəhər və rayonlarda mehmanxana və otellərin inşa olunması, turizm istirahət mərkəzlərinin yaradılması istiqamətində addımların atılacağı şübhə doğurmur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında mühüm istiqamətlərdən birini yol infrastrukturunun yaxşılaşdırılması, həmçinin kommunal xidmətlərin təşkili tutur ki, bu istiqamətdə də işlərə artıq start verilib deyə bilərik. İstər Avtomobil Yolları Dövlət Agentliyi, istər "Azərişıq" ASC, istər "Azəriqaz" QSC, istərsə də "Azərsu" ASC-nin, eyni zamanda mobil operatorların mütəxəssisləri işğaldan azad edilmiş rayonlara ezam olunaraq infrastrukturun yaradılması istiqamətində işlərə başlayıblar. Eyni zamanda Bərdə rayonundan Ağdama dəmir yolu xəttinin çəkilməsi də nəzərdə tutulan tədbirlər sırasındadır ki, bu məqsədlə "Azərbaycan Dəmir Yolları" Qapalı Tipli Səhmdar Cəmiyyətinin nümayəndələri əraziyə baxış keçirib və ilkin işlərə start verilib. Bundan başqa Füzulidə, Laçında hava limanların tikintisi də bölgənin turizm potensialının inkişafına öz müsbət təsirini göstərəcək.
Azad edilmiş ərazilərə diqqət ön planda
Ümumiyyətlə, işğaldan azad edilmiş rayonlarda görüləcək işlərin kifayət qədər olduğunu nəzərə alsaq hətta bunun üçün ayrıca bir Dövlət Proqramının qəbul edilməsi də mümkün variantlardan hesab edilir. Eyni zamanda indiyə qədər görülən işlər və mövcud imkanlar onu deməyə əsas verir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı işğaldan azad edilən şəhər və rayonlarımızın inkişafına da zəmin yaradacaq.
Nəzərə alsaq ki, erməni işğalından azad edilmiş şəhər və rayonlarımız, eləcə də yaxın dövr ərzində həmin ərazilərdə görüləcək işlər hazırda dünyanın əsas diqqət mərkəzindədir və həmin ərazilərdə görülən işlər diqqətlə izlənilir, bu mənada kütləvi informasiya vasitələri, medianın da üzərinə bu məsələdə kifayət qədər iş düşür deyə bilərik. Belə ki, KİV, media olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq-abadlıq işləri, infrastruktur layihələrini daha çox işıqlandırıb həm cəmiyyətə, həm də beynəlxalq aləmə çatdırmalıyıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icra vəziyyəti, görülən işlərdən yazarkən, onu cəmiyyətə çatdırarkən işğaldan azad edilən şəhər və rayonlara diqqət ön planda olmalıdır.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir