"İndiki nədirsə, bir başqa aləmdir” - Azərbaycanlı həkimdən "Delta" açıqlaması
"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb”.
18 Avqust 2021 15:50 Sosial"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb".
Olaylar.az xəbər verir ki, bunu açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib. O, hamının xəstələnə biləcəyini ehtimal etdiyini bildirib:
"Uşaqlar da, peyvənd olunmuşlar da xəstələnə bilər. Əlaqə nisbətini azaldın. Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin. Baxın, mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün. Vecimə də deyil. Təki sağ qalasınız. Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır. İndiki nədirsə, bir başqa aləmdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31