Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "DAF", "Volvo" və 2 ədəd "Mercedes Benz" markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "DAF", "Volvo" və 2 ədəd "Mercedes Benz" markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu zamanı onlar idarə etdikləri yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər. Lakin yoxlama zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8300 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31