Məhərrəmlikdə toy ƏMƏLİYYATI: Qaydaları pozan daha 3 nəfər CƏRİMƏLƏNDİ
Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.
13 Avqust 2021 10:48 SosialAvqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.
Olaylar.az -a DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Bundan başqa, 185 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.