SON DƏQİQƏ - Şəkidə güclü yanğın başladı
Şəkinin Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb.
11 Avqust 2021 15:26 SosialŞəkinin Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb.
Sakinlər yanğının kol-koslardan başladığını bildiriblər:
"Daha sonra yanğınlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib".
Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.
Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31