Gürcüstanda karantin sərtləşir, bizdə necə olacaq?

Təəssüf ki, ölkəmizdə son günlər koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur.

Təəssüf ki, ölkəmizdə son günlər koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Sağalmaların sayı yoluxmalara nisbətdə azlıq təşkil edir. Bunun əsas səbəblərindən biri insanların mövsümlə əlaqədar istirahət etmək üçün rayonlara, istirahət mərkəzlərinə kütləvi surətdə axın etməsi və sözügedən məkanlarda pandemiya qaydalarının pozulmasıdır.

Bu sözləri Olaylar.az-a millət vəkili Kamilə Əliyeva ölkəmizdə son günlər virusa yoluxma sayının və ölüm hallarının artması ilə bağlı danışarkən deyib.

"Qapalı məkanlarda maskadan istifadə olunmaması, sosial məsafənin saxlanılmaması da buna əsasdır. Karantinlə bağlı yumşalmalardan öncə ölüm sayı sıfra, yoluxmların sayı isə artıq ikirəqəmliyə enmişdi. Lakin karantin qaydaları yumşaldıldıqdan sonra vəziyyət tam dəyişdi. Gün ərzində yoluxmaların sayı təhlükəli hal alıb. Buna baxmayaraq, qonşu ölkələrlə Azərbaycanı müqayisə etsək, vəziyyət o qədər də kritik deyil. Ölkəmizdə vəziyyət nəzarət altındadır. Gürcüstanda hətta xəstəxanalarda çarpayı çatışmazlığı probelmi var. Rusiyada süni aparatla bağlı problem yaşanır. Lakin Azərbaycanda bu hallar yoxdur. Çünki ilk gündən etibarən dövlət başçımız bütün bunları nəzarət altında saxlayıb. Modul tipli xəstəxanalar tikildi, qababaqlayıcı tədbirlər görüldü və s. Gələcəkdə də belə problemlər yaşanmayacağına ümid edirəm. Buna görə vacibdir ki, insanlarımız peyvənd olunsunlar. Əhalinin 50%-i demək olar peyvəndlənib. Yeganə çıxış yolumuz karantin qaydalarına əməl etmək və peyvənd olunmaqdır", - millət vəkili deyib.

Kamilə Əlieya bildirib ki, yoluxma sayının artmasının digər səbəblərindən biri toylarla bağlı qərarın yumşaldılmasıdır:

"Toyların müəyyən say daxilində keçirilməsinə icazə verildi. Əfsuslar olsun ki, bəziləri bundan sui-istifadə etdilər. Toy şənliklərinə normadan artıq insanların gəlməsi, müəyyən qaydaların pozulması yoluxmaların artmasına gətirib çıxartdı. Vətəndaşlarımıza müraciət edirəm ki, təhlükə hələ sovuşmayıb. Ehtiyatı əldən verməsinlər. Sərt karantinə qayıtmaq istəmiriksə, qaydalara əməl edək və peyvəndlənək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31