Türkiyədə leysan yağdı, evləri su basdı

Türkiyədə leysan yağışları müxtəlif bölgələrdə fəsadlar törədib.

Türkiyədə leysan yağışları müxtəlif bölgələrdə fəsadlar törədib. Olaylar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Kahramanmaraşda başlayan yağış səbəbindən daşqın baş verib.Məlumata əsasən, Türkören və Geçit adlı ərazilərdən keçən Söğütlü çayı daşıb.

Daşqın nəticəsində bəzi evləri, iş yerlərini və tövlələri su basıb. Daşqın baş verən ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.Həmçinin daşqın baş verən ərazilərdə həlak olan və xəsarət alan olmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31