İctimai nəqliyyatda maska tələbi
Son zamanlar ictimai nəqliyyatda maska tələbinə əməl edən də var, təəssüf ki, etməyən də
4 Avqust 2021 16:17 SosialNazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qərarında bildirilib. Qərara əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə sosial məsafə gözlənilməli və tibbi maskadan istifadə edilməlidir.
Son zamanlar ictimai nəqliyyatda maska tələbinə əməl edən də var, təəssüf ki, etməyən də. Operativ Qərargahın sonuncu brifinqində əhalini sevindirən qərarlardan biri də açıq havada tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələbin ləğv olunması idi. Amma, qapalı məkanlarda, ictimai nəqliyyatda, insanların kütləvi halda toplaşdığı yerlərdə tibbi maska məcburidir. Xüsusilə, qeyd etmək istərdim ki, avtobuslarda sərnişinlər və sürücülər qoruyucu maskadan istifadə etmirlər. Qorxulu hal ondadır ki, sürücülərin karantin qaydalarını pozması həm özlərinin, həm də sərnişinlərinin həyatını təhlükəyə atır. Hər nə qədər isti olsa da, hər birimiz virusun aramızda dolaşmağa davam etdiyi bu dönəmdə mütləq şəkildə qoruyucu maskalardan istifadə etməliyik. Yumuşalma tədbirləri arxayınçılıq üçün heç bir əsas verməməlidir. Elə yanaşmalıyıq ki, növbəti dəfə artım olmasın və sərt karantinə getməyək.
OLAYLAR.AZ
Lalə Əhmədova