Məhdudiyyətlər toylarda pandemiyanın qarşısını almağa kömək edə bilmir

Operativ Qərərgah pandemiyanın qarşısını almaq, xəstəliklərin sayını azaltmaq üçün məhdudiyyətlər tədbiq edir

"Operativ Qərərgah pandemiyanın qarşısını almaq, xəstəliklərin sayını azaltmaq üçün məhdudiyyətlər tədbiq edir. Toylara icazə verilən zaman da bunu əsas gətirərək o məhdudiyyətləri tədbiq etmişdi. Amma mən əvvəl də demişdim, bu gün də eyni fikirdəyəm ki, Operativ Qərargahın toylarla bağlı tədbiq etdiyi məhdudiyyətlər işlək deyil, işləmə mexanizmi düzgün və tədbiq olunması mümkün deyil.  Bunun üçün, resurslar da, imkanlar da yoxdur. Heç kim də buna əməl etməyəcək. Bu, əlavə olaraq, ciddi şəkildə rüşvətxorluğa və korrupsiyaya yol açır". 

Bakıda COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Razi Nurullayevin sözlərinə görə, toy edən edəcək, toy qəbul etmək istəyən şadlıq evi onu qəbul edəcək, amma bunun üçün də xərcləri artıracaq. İstənilən halda, hansısa müvafiq qurumlarla danışıqlara girib problemi həll edəcək. Artıq o müvafiq qurumları da günahlandırmaq olmur. Çünki məhdudiyyətlər ortadadır. O məhdudiyyətləri tam olaraq yerinə yetirən bir şadlıq sarayı və ya toy edən şəxs belə çıxır ki, toy etməməlidir. Çünki şərtlər həm şadlıq evləri, həm də toy sahibləri üçün ağırdır. Şadlıq evləri üçün ona görə ağırdır ki, o sənədləri hazırlamaq, toy sahibindən kağızları alıb əvvəlcədən yerləşdirmək və s. bütün bunların hamısı çox çətin məsələdir: "Onun üçün də, mən deyərdim ki, hətta o şadlıq evlərinin bir çoxunun onları yerinə yetirmək üçün fiziki imkanları, bilikləri, elektron bacarıqları, təcrübələri yoxdur. Bütün bunlar da imkan yaradır ki, bu şəxslər gedib başqa yollarla toylarını keçirsinlər. Bu da əlavə narazılıqlar, sahibkarlara problem yaradaraq toy xərclərini artırır. Eyni zamanda, şadlıq evlərində işləyən administratorlarla sahibkarlar arasında çox ciddi münaqişəyə səbəb olur, polis və digər hüquq, mühafizə orqanları ilə şadlıq evləri arasında münaqişəni gücləndirir, uçurumu dərinləşdirir. Belə görünür ki, bunun tədbiqi mümkün deyil. Əgər tam olaraq bunun tədbiqi mümkün olarsa, toy keçirmək mümkün olmayacaq. Onun üçün hamı qeyri-qanuni yollara əl atıb toy keçirə bilir. Yəni məhdudiyyətin heç bir xeyri yoxdur. Məhdudiyyət yalnız və yalnız əlavə xərclərə, rüşvətxorluğa və korrupsiyaya ciddi yol açır. Artıq bunu mən demirəm, bütün şadlıq evləri, orda işləyənlər də deyir. Xalq da hər şeyi bilir. Açıq şəkildə demək lazımdır ki, qoyulan məhdudiyyətlər toylarda heç də pandemiyanın qarşısını almağa xidmət edə bilmir, edə bilməyəcək də. Biz buna hazır xalq da deyilik, milli mentalitetimiz və elektron biliklərimiz də buna imkan yaratmır. Biznesmenlərimizin və onlara nəzarət edən qurumların, xalqın, toy sahiblərinin düşüncəsi bunları həyata keçirməyə imkan verməyəcək. Bunun üçün də bu qaydaların tədbiqi əlavə xərclərə, rüşvətxorluğa, korrupsiyaya və digər qeyri-qanuni addımların atılmasına gətirib çıxarıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31