Səhhətinə görə vaksin oluna bilməyənlər nə edəcək?
26 İyul 2021 15:51 SosialSəhhətinə görə koronavirusa qarşı vaksin olunmayan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.
Ş.Mövsümov bildirib ki, bu sertifikatlar südverən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün nəzərdə tutulur.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı xüsusi komissiya yaradılacaq: "Əgər doğrudan da onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31