Siyavuş Novruzov veteranların müavinətlərinin artırılmasını təklif edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Qarabağ müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib. "Olaylar" xəbər verir ki, bu təkliflə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. Deputat bildirib ki, bir müddət bundan əvvəl Prezidentin sərəncamı ilə Qarabağ müharibəsi veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılmışdı: "Hesab edirəm ki, bu məbləğ artırılaraq 150-180 manat olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31