Şahdəniz yatağından 276 milyon dollar gəlir əldə edilib
2 Dekabr 2020 13:06 SosialDekabrın 1-nə olan məlumata görə, Azəri-Çıraq-Günəşli yatağından 3 336 mln. ABŞ dolları gəlir əldə edilib. Dövlər Neft Fondundan "OLAYLAR"-a bildirilib ki, bu göstərici bu il yanvar ayının 1-dən, dekbarın 1-nə qədər olan dövrü əhatə edib.
Göstərilən müddət ərzində Şahdəniz yatağından əldə edilən gəlirlər iaə 276 mln. ABŞ dolları təşkil edib. O cümlədən hesabat dövründə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 205 mln. ABŞ dollar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31