Yeni ildə küçəyə çıxmağa QADAĞA QOYULA BİLƏR
2 Dekabr 2020 12:28 SosialTürkiyədə Yeni il ərəfəsində küçəyə çıxmaq yasaqlana bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi yanında Elm Qurumunun üzvü Mustafa Necmi İlhan bildirib.
Alimin sözlərinə görə, bayram ərəfəsində insanların kütləvi surətdə küçəyə axışması yoluxma sayında yeni rekordlara səbəb ola bilər. Buna görə də ilin sonunda və 2021-ci ilin ilk günlərində 4 günlük küçəyə çıxma qadağasının tətbiq edilməsi müzakirə edilir. /Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31