İranda 391 nəfər koronavirusdan ölüb
28 Noyabr 2020 15:18 Sosialİranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID 19) ölüb.
Olaylar.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 47 486 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 402 nəfərə koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 935 799 nəfərə çatıb. Virus daşıyıcılarından 5 865 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 648 831 nəfər koronavirusdan sağalıb.
Читать дальше
Ölkədə indiyədək 6,03 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31