Oğuzda maska taxmayanlar Cərimələndi
27 Noyabr 2020 14:26 SosialOğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı və açıq ictimai məkanlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən, karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reyd keçirib. "Olaylar" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyddə bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Polis əməkdaşları vətəndaşlara özlərinin və digərlərinin sağlamlığı üçün mütləq şəkildə tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər. Karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31