Deputat baş nazirdən nə xahiş etdi?
Milli Məclisin noyabrın 26-da keçirilən plenar iclasında deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin daha 1 il uzadılmasını təklif edib.
26 Noyabr 2020 12:40 SosialMilli Məclisin noyabrın 26-da keçirilən plenar iclasında deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsinin müddətinin daha 1 il uzadılmasını təklif edib. "Olaylar"ın məlumatına görə, deputat qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir: "Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməldiir. Cənab baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar".