Ailə üzvünüz koronavirusa yoluxub? - BUNLARA DİQQƏT EDİN
26 Noyabr 2020 10:23 SosialKoronavirus pandemiyası statistikası bütün dünyada artmaqda davam edir.
İnfeksiyon xəstəliklər üzrə professor Çağrı Büke bildirib ki, əgər ailə üzvləri arasında bir nəfər virusa yoluxubsa, yoluxmayan digər insanlar xəstə ziyarətinə gələnləri qəbul etməsinlər. Çünki xəstə ziyarətləri yoluxma riskinin yüksək olduğu məqamlardan biridir:
"Nəzərə alsaq ki, COVID-19 testi pozitiv çıxan insanların 80%-i evdə müalicə alır, buna görə də, evdə yaşayan digər üzvlər də təhlükə ilə üzləşir. Ailə üzvləri arasında yoluxma halı baş verən zaman diqqət edilməsi vacib bir sıra məsələlər var. Belə ki, koronavirus infeksiyasına yoluxan şəxs ayrı otaqda qalmalı və otağının qapısı bağlı olmalıdır.
Həmin şəxs yemək yediyi zaman da öz otağında yeməli, ailə üzvləri ilə eyni masa arxasında əyləşməməlidir. Bu şəxsin otağına vacib olmadıqca kimsə daxil olmamalı, eyni zamanda məcbur olmadıqca da xəstə otaqdan çölə çıxmamalıdır. Koronavirusa yoluxan şəxsin paltarları, stəkan və boşqabı digər ailə üzvlərindən kənarda olmalıdır.
Həmçinin, xəstə şəxsə məxsus əşyaları yumaq lazım gəldikdə, istifadədən dərhal sonra sabunla yuyulmalıdır. Qapı tutacaqları, elektrik düymələri və.s bu kimi əl təmasının olduğu yerlər isə tez-tez dezinfeksiya vasitələri ilə silinməlidir".Redaktor.az