Komitə sədri: “İqtisadi Şuranın yaradılması komitəmizin qarşısına yeni çağırışlar qoyur”

 “Dünən Prezidentin fərmanı ilə İqqtisadi Şura yaradılıb.

"Dünən Prezidentin fərmanı ilə İqqtisadi Şura yaradılıb. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olması məqsədi qoyulub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komigtə sədri bildirib ki, qeyri-neft sektorunun inkişafı insan kapitalından istifadəni nəzərdə tutur. İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar qoyur: "Bu ilin 7 ayı ərzində ümum daxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunada 1,6 artım olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31