Vətəndaş məmnunluğu və sosial-iqtisadi inkişaf

darəetmənin keyfiyyətini yüksəltməklə buna nail omaq mümkündür

 İdarəetmənin keyfiyyətini yüksəltməklə buna nail omaq mümkündür

Azərbaycanda həyata keçirilən regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları bir sira islahatların həyata keçirilməsi zərurətini üzə çıxarıb. Məlum olub ki, Sovet dönəmindən qalmış inzibati-ərazi idarıçiliyində ciddi islahatların tətbiqinə ehtiyac var. Xüsusilə də bu islahatlar inzibati idarə formaları ilə bağlıdır. Hətta təklif olunur ki, Azərbaycanda rayonların 12 iqtisadi bölgə üzrə birləşdirilməsi daha effektli idarəetməyə və iqtisadi inkişafa səbəb ola bilər. Lakin ekspertlər hesab edirlər ki, belə islahatlar inqilabi şəkildə deyil, tədricən aparılmalıdır. Bu günlərdə isə konkret olaraq Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi məsələsi gündəmə gəlib. Maraqlıdır, sözügedən rayonların ləğvi Gəncə şəhərinin və ümumilikdə ölkənin sosial-iqtisadi inkiçafına necə təsir edə bilər?  

Əvvala qeyd edək ki, mütəmadi olaraq yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra belə təşəbbüslərin həyata keçirilməsi reallaşdırılıb. Konkret olaraq dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər kabinetində struktur dəyişiklikləri baş verib. İnsafən qeyd edilməlidir ki, sözügedən dəyişikliklər həm idarəetmə, həm də şəfaflıq baxımından öz müsbət nəticələrini verir. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir: "Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdirilməlidir". Onun sözlərinə görə, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının,  məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhirinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir". Hüquqşünas qeyd edib ki,  Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi bir sıra üstünlükləri ilə müşahidə oluna bilər. Belə ki, vətəndaşların müraciıtlərinə operativ və çevik şəkildə cavab verilcək,  bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq. Bundan başqa, büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq ki, bununla da Gəncə şəhərinin soaial-iqtisadi inkişafını daha da inkişaf etdirmək mümkün olacaq.

Gəncədən seçilmiş deputat Pərvin Kərimzadə bildirib ki, bu gün ölkəmizdə həyata keçirilən davamlı islahatlar bütün sahələrdə olduğu kimi dövlət idarəçiliyində də dövlət orqanlarında çevikliyin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Ölkə Prezidenti İlham Əliyevin siyasi, iqtisadi və sosial sahələrdə, dövlət idarəçiliyində həyata keçirdiyi islahatlar birbaşa xalqın rifahının yaxşılaşdırılmasına və dövlətin potensialının daha da gücləndirilməsinə yönəlib: "Dövlət idarəetməsini daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək isə dövlət aparatı ilə vətəndaşlar arasında münasibətləri asanlaşdırmağa, xidmətin keyfiyyətini yüksəltməyə zəmanət yaradır. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, ictimaiyyət tərəfindən daha çox bəyənilir və vətəndaşları razı salır. Təbii ki, dövlət idarəçiliyində məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Fəaliyyətinin əsas istiqamətini vətəndaşın çətinliklərinə, problemlərinə həssaslıqla yanaşan, onların operativ həlli istiqamətində əsaslı tədbirlər görən dövlətimizin başçısı daim qeyd edir ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa yol verilməməlidir. Ölkədə dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir". Onun sözlərinə görə, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs çoxsaylı seçicilərimizlə, Gəncə sakinləri ilə müzakirə edilir: "İnkişaf etmiş şəhərlərin təcrübəsi göstərir ki, idarəetmədə vətəndaşların müraciətlərinə baxılma mexanizminin sadələşdirilməsi, onların problemləri daha çevik şəkildə həll olunması, idarəetmə sistemnidə çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılması müsbət nəticələr verir. Ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə irəli sürülən təşəbbüs ilk növbədə vətəndaşların rahatlığına, məmnunluğuna xidmət edir".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31