Buzlaqlar əriyir?- Allimlərdən Açıqlama

Qlobal istiləşmə şəraitində Qrenlandiyadakı buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil.

Qlobal istiləşmə şəraitində Qrenlandiyadakı buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil.

"İnterfax" xəbər verir ki, bu qərara ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri gəliblər.

Onların dediyinə görə, Qrenlandiyada qarın yağması əriyən buz hissələrini əvəz edə bilmədiyi üçün kritik məqam yetişib.

Keçən əsrin 80-90-cı illərində Qrenlandiya ildə təxminən 450 milyard ton buz itirirdi, lakin bu itki qar yağması ilə kompensasiya edildi. XXI əsrdə isə Qrenlandiya ildə 500 milyard ton buz itirir və qarın yağması buzun əriməsinin qarşısını ala bilmir.

ABŞ tədqiqatçıları qeyd edir ki, hazırda Qrenlandiyanın buz təbəqəsi sürətlə öz kütləsini itirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31