Sosial işçilərin maaşları artırılacaq

Ölkə üzrə 65 yaşdan yuxarı insanların sayı 17 mindən çoxdur. "Olaylar"  xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. İ.Məmmədov deyib ki, həmin şəxslərə 1600 sosial işçi xidmət göstərəcək: "Onlar vətəndaşların öz hesablarına ərzaq alaraq evlərinə aparacaqlar. Gələcəkdə bu sosial işçilərin maaşlarının artırılması gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31