DİN karantin rejimi ilə bağlı “qaynar xətt” yaratdı

Respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə dünən  saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən "qaynar xətt" telefon xidməti yaradılıb.

Bu barədə   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31