Qənirə Paşayeva xalq artistinə başsağlığı verib

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitə üzvləri xalq artistimiz, "Qaya" qrupunun bədii rəhbəri, Şöhrət ordeni laureatı Rauf Babayevin vəfatı ilə bağlı başsağlığı yayımlayıb. "Olaylar" xəbər verir ki, sənəddə deyilir:

"Hörmətli ailə üzvləri,

Azərbaycan Respublikasının xalq artisti, "Qaya" Dövlət Ansamblınıb bədii rəhbəri Rauf Babayev Azərbaycan Musiqisinin inkişafında böyük xidmətləri olan sənətkarımızdır. Biz görkəmli sənətkarımızın vəfatından dərindən kədərlənir və Mədəniyyət komitəsi adından bütün ailə üzvlərinə və sevənlərinə hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.

Nur içində yatsın."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31