Şuşa Dövlət Musiqili Dram Teatrı da Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
27 Mart 2020 13:52 SosialŞuşa Dövlət Musiqili Dram Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.
Olaylar.az bildirir ki, Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən müəyyən miqdarda vəsait ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31