"Evdə qal" kampaniyası və karantinin tətbiq edilməsi xəstəliyin yayılmasının qarşısını alır

Məhəmməd Əsədullazadə: "Bu addımlar vaxtında atıldı və təqdirəlayiqdir"

"Təəssüf ki, vətəndaşlarımızın çoxu pandemiyaya qarşı qeyri-ciddi yanaşır. Bunu müşahidələrimdə görürəm". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, evdə qal kampaniyası və karantinin tətbiq edilməsi xəstəliyin yayılmasının qarşısını alır: "Bu addımlar vaxtında atıldı və təqdirəlayiqdir. Ölkə başçısı İlham Əliyev virusla bağlı vətəndaşlarımızın sağlamlığı və sosial təminatlarla əlaqədar mühüm açıqlamalar verdi. Göründüyü kimi prezident səviyyəsində bu məsələ nəzarətdədir. Amma məmurlar və cavabdeh qrumlar bəzi hallarda manipulyasiya etməklə məşğuldur".

Partiya rəsmisi onu da qeyd edib ki, televiziyalarda maarifləndirici verlişlərlə rayon və kəndlərimizdə yaşayan əhali bu məsələdə ciddi olmağa çağırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31