Borca görə axtarışda olan 6 nəfər saxlanıb
27 Mart 2020 11:01 SosialPaytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da 29 cinayətin üstü açılıb. "Olaylar" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən "Olaylar"a verilən məlumata görə, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, xuliqanlıq 5, narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin edilib.Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31