DİN: 11 201 avtomobil postlardan geri qaytarılıb
27 Mart 2020 10:34 SosialMartın 19-dan tətbiq edilən ilk məhdudlaşdımadan sonra postlardan bölgələr istiqamətinə 7545 rayon qeydiyyatlı avtomobil geri qaytarılıb. DİN-in Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Olaylar" a bildirib ki, 24 martdan Bakıya giriş-çıxışa da qadağa qoyulduğu vaxtdan 3656 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qayatrılıb: "Ümumilikdə 11 201 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb ki, bu da təəssüfedicidir. Və insanalrın xüsusi karantin rejiminə əməl etmədiyinin göstəricisidir. İnsanlar başa düşümürlər ki, qadağa qoyulubsa, bu, hər bir vətəndaş üçün, xalq üçündür. Ona görə də hamı qadaalara riayət etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31