BVF Qırğızıstana koronavirusls mübarizə üçün 120 milyon dollar ayıracaq
27 Mart 2020 08:42 SosialBeynəlxalq valyuta fondu (BVF) Qırğızıstana koronavirus ilə mübarizə üçün 120,9 milyon dollar ayırmasını təsdiqlədi.
Bu barədə fondun yaydığı açıqlamada bildirilir.
"BVF-nin İcra Şurası COVİD-19 virusunun yarada biləcək fəsadlara müqavimət göstərmək üçün ölkələrə təcili maliyyə yardımının təqdim edilməsi sorğusunu müsbət cavablandırır. Qırğızıstanın sorğusuna cavab 120,9 milyon dollar təşkil edir", - açıqlamada qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31